Məxfilik Siyasəti

TryLearnMore pulsuz, icma tərəfindən idarə olunan IT təhsil platformasıdır. Layihənin əsas məqsədi — IT sahəsində yeni başlayanlara və təcrübə qazanmaq istəyənlərə keyfiyyətli, praktiki və əlçatan təhsil materialları təqdim etməkdir. Cəmiyyətin bilik səviyyəsinin yüksəlməsi, savadlı kadrların yetişməsi və açıq öyrənmə mədəniyyətinin inkişafı bu platformanın əsas dəyərləridir.

Toplanan məlumatlar

Ad, email ünvanı, hesab giriş məlumatları, kurs istifadəsi və təhlükəsizlik üçün texniki məlumatlar saxlanıla bilər.

İstifadə məqsədi

Bu məlumatlar hesab yaratmaq, email təsdiqləmək, kurslara giriş vermək, təhlükəsizliyi qorumaq, öyrənmə təcrübəsini fərdiləşdirmək və platformanı yaxşılaşdırmaq üçün istifadə olunur. Məlumatlar heç bir halda üçüncü tərəfə satılmır və ya kommersiya məqsədilə istifadə edilmir.

Şifrə və email

Şifrələr açıq formada saxlanılmır. Email ünvanları hesab təsdiqləmə, giriş təhlükəsizliyi və vacib bildirişlər üçün istifadə olunur.

Məzmun mühafizəsi

TryLearnMore-da yerləşdirilən bütün kurs materialları, dərs məzmunları və tədris resursları müəllif hüququ ilə qorunur. Bu materialların icazəsiz surətdə kopyalanması, digər platformalarda yayımlanması və ya kommersiya məqsədilə istifadəsi qadağandır.

Üçüncü tərəf xidmətləri

Email göndərmək üçün Brevo, hosting/DNS üçün server xidmətləri istifadə oluna bilər.

Əlaqə

Email: [email protected]

Əlaqə səhifəsi · İstifadə Şərtləri · Ana səhifə